“Kiyev PUA-larımızın Rusiya tərəfindən istifadə edilməsinə dair sübut təqdim etməyib”
https://azeri.sahartv.ir/news/İran-i395800-kiyev_pua_larımızın_rusiya_tərəfindən_istifadə_edilməsinə_dair_sübut_təqdim_etməyib
İran İslam Respublikasının müdafiə naziri bildirib ki, Ukrayna tərəfi texniki məsələlərlə bağlı toplantıda Rusiyanın İran PUA-larından müharibədə istifadə etməsinə dair bir sübut təqdim etməyib və onu gələn görüşlərə təxirə salıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2022 13:25 Asia/Baku
  • “Kiyev PUA-larımızın Rusiya tərəfindən istifadə edilməsinə dair sübut təqdim etməyib”

İran İslam Respublikasının müdafiə naziri bildirib ki, Ukrayna tərəfi texniki məsələlərlə bağlı toplantıda Rusiyanın İran PUA-larından müharibədə istifadə etməsinə dair bir sübut təqdim etməyib və onu gələn görüşlərə təxirə salıb.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd-Rza Aştiyani İran və ukraynalı mütəxəssislərin toplantısı ilə bağlı açıqlamasında deyib: “Əlbəttə ki, bu mövzu araşdırılası məsələ deyil, çünki bu zəmində deyilən sözlərin çoxu əsassızdır və şayiələrə söykənir”.

O sözlərini belə davam etdirib: “İran İslam Respublikası və Rusiyanın hərbi əməkdaşlığı öncədən olub, amma bu zəmində İran PUA-larının Rusiya müharibəsində istifadəsinə dair əməkdaşlıq baş tutmayıb.”