Dek 20, 2022 14:09 Asia/Baku
  • Əmir Abdullahian Borrell ilə görüşüb

İranın xarici işlər naziri İordaniyada Avropa İttifaqının xarici siyasət rəhbəri ilə görüşüb və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

"İRNA"nın məlumatına görə, bu gün, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İordaniyanın Ölü dəniz bölgəsində Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell ilə görüşüb.

İclasda İranın Vyana danışıqlarındakı əsas müzakirəçisi və xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqeri Kəni və Avropa İttifaqının nüvə danışıqları üzrə koordinatorunun müavini Enrike Mora da iştirak ediblər.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün səhər saatlarında 2-ci Bağdad Konfransında iştirak etmək üçün bir nümayəndə heyətinin başçılığı ilə İordaniyanın paytaxtı Əmmana gedib.

İranın xarici işlər nazirinin İraqın inkişafı və təhlükəsizliyi ilə bağlı keçirilən Bağdad-2 konfransında çıxış etməsi planlaşdırılır.

O, tədbirdə iştirak edən bəzi xarici rəsmilərlə də görüşlər keçirəcək.

Teqlər