İranın strateji səbri sonsuz olmayacaq
https://azeri.sahartv.ir/news/İran-i396001-İranın_strateji_səbri_sonsuz_olmayacaq
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ukrayna prezidentinin ABŞ konqresində İran haqda işlətdiyi təkrar ittihamları və nəzakətsiz ifadələri pisləyib və deyib: Zelenski bilsin ki, İranın əsassız ittihamlar qarşısındakı strateji səbri sonsuz olmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2022 14:35 Asia/Baku
  • İranın strateji səbri sonsuz olmayacaq

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ukrayna prezidentinin ABŞ konqresində İran haqda işlətdiyi təkrar ittihamları və nəzakətsiz ifadələri pisləyib və deyib: Zelenski bilsin ki, İranın əsassız ittihamlar qarşısındakı strateji səbri sonsuz olmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani-Çafi bildirib ki, İran İslam Respublikası Ukrayna rəsmilərinin iddia olunan pilotsuzlar məsələsi barəsindəki əsassız ittihamlarına dəfələrlə cavab verib.

Kənani-Çafi əlavə edib: Bir daha təkid olunur ki, İran İslam Respublikası Ukrayna savaşında istifadə edilmək üçün heç bir tərəfə heç bir hərbi təchizat ixrac etməyibdir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi söyləyib: İran Ukrayna da daxil olmaqla ölkələrin ərazi bütövlüklərinə daima hörmət edib.

İran diplomatiya aparatının sözçüsü əlavə edib: Ukrayna prezidenti yaxşı olardı ki, Amerikanın dəstəyinə ürəklərini xoş etmiş bəzi ölkələrin liderlərinin talelərindən ibrət alsın.