Dek 26, 2022 19:09 Asia/Baku
  • Rəisi İsa Məsihin (ə) mövludunun ildönümü və Yeni il bayramını təbrik edib

İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi dünya katoliklərinin rəhbəri Roma Papası Fransiskə ünvanladığı müraciətdə onu və bütün xristian icmasının ardıcıllarını Həzrət İsa Məsihin (ə) mövludu və 2023-cü milad ilinin başlanması münasibətilə təbrik edib.

SəhərAzəri-nin məlumatına əsasən, Prezident administrasiyasının informasiya portalının məlumatına görə, Seyid İbrahim Rəisi Papaya təbrik məktubunda Qurani-Kərimin Məryəm surəsində Həzrət Məsihin (s) uca məqamına işıq salan ayələrə, həmçinin o həzrətin sevgi, dostluq, həqiqi azadlıq, xilaskarın müjdəsi və bəşəriyyətin qurtuluşu haqqında söylədiyi sözlərə işarə edərək, ümidvarlıq edib ki, yeni ildə bəşəriyyətin səadəti İsa Məsih (ə) başda olmaqla peyğəmbərlərin dəyərli təlimləri və ilahi dəyərlər yolunda əzmkarlıq sayəsində əldə olunacaq, ədalət və bütün xalqlar arasında dostluq və birlik dünyanı bürüyəcəkdir.

Qeyd edək ki, 25 dekabr 2022-ci il bazar günü Quranda xeyli xatırlanan İlahi peyğəmbər İsa Məsihin (ə) mövludu günü idi.

Həzrət İsa Məsih yəhudilərin müqəddəs kitabı Tövratı təsdiqləyərək, müjdə verdi ki, ondan sonra bir elçi gələcək ki, adı "Əhməd" olacaq, O,  İslam Peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) sonuncu ilahi peyğəmbərdir.

Qriqorian təqvimini tanıyan bütün ölkələrdə yeni il yanvarın 1-də başlayır.

Teqlər