İran nümayəndəsi sionist rejimin İrana qarşı əsassız ittihamları pisləyib
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda sionist rejimin İran İslam Respublikasına qarşı əsassız ittihamlarını pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Nyu-Yorkda yerləşən BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani bu məktubda bildirib ki, bu əsassız ittihamların məqsədi beynəlxalq ictimaiyyətin diqqətini sionist rejim tərəfindən Fələstin xalqına qarşı davam edən cinayətlərdən və beynəlxalq qanunların ciddi şəkildə pozulmasından yayındırmaqdır.
İranın yüksək vəzifəli diplomatı Əl-Əqsa məscidinin təhqir olunması ilə bağlı son hadisələrə toxunaraq, vurğulayıb: "Təəssüf ki, sionist rejimin işğal olunmuş Fələstin torpaqlarında insan haqları və beynəlxalq humanitar qanunları ciddi şəkildə pozan hərəkətlərinin, o cümlədən, sistematik və açıq təhqiramiz hərəkətlər, müqəddəs və şərəfli məkanları təhqir etmək kimi hərəkətlərin beynəlxalq ictimaiyyət tərəfindən heç bir cəzası yoxdur.
İrvani dünya müsəlmanlarının öz müqəddəs yerlərinin hər cür təhqir olunmasına qarşı həssaslığına işarə edərək, əlavə edib: "Əgər beynəlxalq ictimaiyyət, xüsusilə də Təhlükəsizlik Şurası sionist rejimin davam edən təcavüzlərinə susarsa, bu rejim daha çox cinayət və təcavüzlərlə davam etmək üçün özündə cəsarət tapacaq.