Yan 07, 2023 15:22 Asia/Baku
  • Ruhullah Əcəmiyanın şəhadətində əli olan 2 nəfərin edam hökmü icra edilib

Ruhullah Əcəmiyanın şəhadətində əli olan 2 nəfərin edam hökmü icra edilib. Noyabrın 3-də iki Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyni adlı iki şəxs digər iğtişaşçılarla birlikdə Kərəc-Qəzvin yolunu bağlayaraq, avtomobillərin hərəkətinə mane olmaq, dövlət əmlakına ziyan vurmaq və polis qüvvələrini döyməyə cəhd ediblər. Bu iğtişaş zamanı Seyid Ruhullah Əcəmyan şəhid olub.

vətəndaşlardan biri Seyid Ruhullah Əcəmiyənin şəhid olduğu anla bağlı belə deyib: "Üç qadını xəsarət almasınlar deyə, yolun qarşı tərəfinə keçmək istəyirdi ki, ayağı ilişib, yerə yıxıldı və camaat onun ətrafına toplaşıb, onu döyməyə başladılar. 

Seyid Ruhullah Əcəmiyanın 27 yaşı var idi və Kərəcə şəhərinin ətrafında yerləşən Kamalşəhrdən idi. O, zavodda işləyirdi. 

Seyid Ruhullah Əcəmiyan Kərəc-Qəzvin yolunun bağlanması və avtomobillərin hərəkətində yaradılan pozuntular zamanı, Behişti Səkinə qəbristanlığı yaxınlığında şəhid edildi.

Bu cinayət işində edama məhkum edilən Məhəmməd Mehdi Kərəmi belə etiraf edib: "Daşla başından vurdum, Sonra onun başına yumruqla üç zərbə endirdim. Sonra gördüm ki, şəhid yerə yıxılıb, bu an bir nəfər onun sağ böyrü və qabırğası üzərində tullanırdı. Ara sakitləşdikdə, ona doğru gedib ayağına bir, dizinə isə iki təpik vurdum. Sonra ayağımla başına və boynuna zərbə endirdim,  2 dəfə də üzünə zərbə vurdum".

Edam cəzasına məhkum edilmiş digər iğtişaşçı Məhəmməd Hüseyni isə belə deyib: "Bıçağımı Şəhid Əcəmiyanın bədəninə iki dəfə və iki barmaq düyünü qədər basdım. üçüncü dəfə bıçağı onun bədəninə daha dərindən basdım".

Bu iki şəxs barəsində ölüm hökmü çıxarılıb və məhkəmənin hökmü Ali Məhkəmədə təsdiqləndikdən sonra icra olunub.

Teqlər