Aliməqamlı Rəhbər Radanı İranın yeni polis rəisi təyin edib
https://azeri.sahartv.ir/news/İran-i396415-aliməqamlı_rəhbər_radanı_İranın_yeni_polis_rəisi_təyin_edib
İran İslam İnqilabının Alıməqamlı Rəhbəri briqada generalı Əhməd Rza Radanı İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələri Komandanlığının yeni komandiri təyin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2023 15:02 Asia/Baku
  • Aliməqamlı Rəhbər Radanı İranın yeni polis rəisi təyin edib

İran İslam İnqilabının Alıməqamlı Rəhbəri briqada generalı Əhməd Rza Radanı İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələri Komandanlığının yeni komandiri təyin edib.

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Aliməqamlı Rəhbərinin ofisinin informasiya portalının məlumatına əsasən, İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahül-üzma Xameneinin briqada generalı Əhməd Rza Radanın ölkənin yeni polis rəisi təyin edilməsi haqqında fərmanının mətnində deyilir: "Briqada generalı Hüseyn Əştərinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onun xidmətlərinə görə minnətdarlığımı və məmnunluğumu bildirirəm və sizi İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələrinin baş komandanı vəzifəsinə təyin edirəm"

Həzrət Ayətullahül-üzma Xamenei öz fərmanında Radana təhlükəsizliyi qorumaq və ictimai asayişi təmin etmək istiqamətində Uca Allahın razılığını və bununla da əziz İran xalqının razılığını əldə etməyi tövsiyə ediblər.