ABŞ-ın birtərəfli hərəkətləri BMT Nizamnaməsini pozur
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bildirib ki, Amerikanın İran İslam Respublikası kimi BMT-yə üzv müstəqil ölkələrə qarşı qanunsuz birtərəfli hərəkətləri qanun hakimiyyətini zəiflətməklə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozur.
SəhərAzəri-nin məlumatına əsasən, Əmir-Səid İrəvani əlavə edib: Qanun hakimiyyəti beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün zəruridir, zira beynəlxalq hüquqi nizamda ədalət, sabitlik və proqnozlaşdırmanı yüksəldir.
İranın BMT-dəki səfiri söyləyib: Amerika xüsusiyyət təşkil etməklə bəzi üzv ölkələr davamlı surətdə BMT-nin gücü və ixtiyarlarından müstəqil dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
O, sonra deyib: BMT Təhlükəsizlik Şurası İsrail rejiminin işğal olunmuş Fələstin ərazilərindəki cinayətlərinə, o sıradan beynəlxalq qanunları və BMT qətnamələrini ardıcıl şəkildə pozmasına baxmaq üçün lazımi və təsirli tədbirlər görməyibdir.
İrəvani əlavə edib: Bundan başqa, Təhlükəsizlik Şurası sionist rejimin işğalçılığı, təcavüzkar hərəkətləri, Suriya Ərəb Respublikasının ərazi bütövlüyü və suverenliyini pozmasına baxılması məsələsində də uğursuz qalıbdır.
İranın BMT-dəki daimi nümayəndəsi söyləyib: Beynəlxalq Cinayət Məhkəməsi xarici qüvvələrin Əfqanıstanda iyirmi il iştirak zamanı törətdikləri cinayətlərə göz yumub, bu barədə təhqiqat aparmayıb. Belə bir halda, Təhlükəsizlik Şurası NATO və Amerika hərbi qüvvələrinin Əfqanıstandan məsuliyyətsiz və tələsik şəkildə çıxmalarının nəticələrinə baxmayıbdır.
İranın BMT-dəki daimi nümayəndəsi əlavə edib: İngiltərə nümayəndəsinin İranın dincməqsədli nüvə proqramları barədəki iddiasını rədd edirik.
İrəvani həmçinin əmirliklərin Fars Körfəzində yerləşən üçlü İran adaları barədəki əsassız iddiası ilə bağlı vurğulayıb: Qətiyyətlə rədd edilən belə bir iddia, digər ölkələrin daxili işlərinə qarışmama və dinc yanaşı yaşama prinsipi də daxil olmaqla beynəlxalq hüquq normaları ilə daban-dabana ziddir.