Rəisi Azərbaycan səfirliyi insidentinin hərtərəfli araşdırılmasını əmr edib
https://azeri.sahartv.ir/news/İran-i396889-rəisi_azərbaycan_səfirliyi_insidentinin_hərtərəfli_araşdırılmasını_əmr_edib
İran İslam Respubklikası prezidenti Seyid İbrahim Rəisi qardaş və qonşu ölkə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib, məhkəmə və polis orqanlarına məsələ ilə bağlı hərtərəfli araşdırma aparmağı tapşırıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 28, 2023 10:51 Asia/Baku
  • Rəisi Azərbaycan səfirliyi insidentinin hərtərəfli araşdırılmasını əmr edib

İran İslam Respubklikası prezidenti Seyid İbrahim Rəisi qardaş və qonşu ölkə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib, məhkəmə və polis orqanlarına məsələ ilə bağlı hərtərəfli araşdırma aparmağı tapşırıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə prezidentin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi cümə günü özünün Tvitter hesabında məlumat yayıb.

Məlumata əsasən, Rəisi hadisə nəticəsində həyatını itirən səfirlik əməkdaşının yaxınlarına, Azərbaycan hökumətinə və xalqına başsağlığı verib, həmçinin hadisə ilə bağlı dərhal hərtərəfli araşdırma aparılmasını tapşırıb.