Yan 28, 2023 20:58 Asia/Baku
  • Bakının Tehrandakı səfirliyinə hücumun motivi şəxsi olub

İranın daxili işlər naziri Əhməd Vahidi Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş verənlərdən təəssüfləndiyini bildirib və deyib ki, Tehrandakı Bakı səfirliyinə hücumun motivi şəxsidir.

SəhərAzəri-nin məlumatına əsasən, İranın daxili işlər naziri Əhməd Vahidi Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş verənlərdən təəssüfləndiyini bildirib və deyib ki, Tehrandakı Bakı səfirliyinə hücumun motivi şəxsidir.

Əhməd Vahidi əlavə edib: "İndiyə qədər bizə çatan xəbərlərə əsasən və hücum edən şəxsin etirafına görə, bu hadisə tamamilə şəxsi xarakter daşıyır və ona uyğun davranılmalıdır".

Daxili işlər naziri sözlərinin davamında bu hadisədən təəssüfləndiyini bildirib və həyatını itirən Azərbaycan Respublikası vətəndaşının ailəsinə başsağlığı verib.

Cümə günü səhər saatlarında silahlı şəxs Azərbaycan Respublikasının Səfirliyinə avtomatla basqın edib, nəticədə səfirliyin bir əməkdaşını öldürüb, iki nəfər isə yaralayıb.

İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi bədbəxt hadisəni eşitdikdən dərhal sonra məsələnin hərtərəfli araşdırılmasına göstəriş verib. 

Teqlər