Fev 09, 2023 21:24 Asia/Baku
  • İran elm istehsalı sahəsində dünyada on beşinci yerdədir

İranın elm istehsalı cəhətdən dünyada yaxşı mövqedə durduğunu bildirən İran səhiyyə nazirinin tədqiqat və texnologiya üzrə müavini qeyd edib ki, bu sahədə ölkəmiz regionda birinci, dünyada isə on beşinci yerdə gedir.

SəhərAzəri-nin məlumatına əsasən, Yunis Pənahi bildirib ki, İran İslam inqilabının qələbəsindən sonrakı qırx dörd il ərzində ölkədə tədqiqat sahəsində çox mühüm tədbirlər görülüb.

O söyləyib: Ölkədəki ciddi problemlərdən biri, elmi mərkəz məsələsidir. Bu istiqamətdəki zəruri vasitələrdən biri, tətbiqi məqalələrin nəşri də daxil olmaqla elm və bilik istehsalıdır.

Pənahi bildirib ki, “Scopus” sitat mərkəzinin statistikalarına görə, 1999-cu ildə ölkəmizdəki məqalələrin sayı 1870 idisə, 2019-cu ildə bu rəqəm yetmiş yeddi mindən çox məqaləyə çatıbdır.

O, söyləyib: Bütün ölkələrdə elm istehsalı prosesi inkişaf etməkdədir və bu ölkələr istehlakçı olmamağa və elm istehsalı sahəsində yüksəlməyə səy göstərirlər. Hal-hazırda ölkədə elmi istehsalın orta illik artım sürəti- 7,44, tibb elmləri sahəsində isə 8,33 təşkil edir ki, bu da ölkədə elmi istehsalın davam etdiyi və artmaqda olan sıçrayışa malik olduğunu  göstərir və bu proses davam etməlidir.

 

Teqlər