Sabah, əzəmətli İran İslam İnqilabının Zəfər günüdür
https://azeri.sahartv.ir/news/İran-i397284-sabah_əzəmətli_İran_İslam_İnqilabının_zəfər_günüdür
22 bəhmən(11 fevral), İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında İran xalqının islami hərəkatının zəfər çaldığı gündür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2023 18:08 Asia/Baku
  • Sabah, əzəmətli İran İslam İnqilabının Zəfər günüdür

22 bəhmən(11 fevral), İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında İran xalqının islami hərəkatının zəfər çaldığı gündür.

SəhərAzəri-nin məlumatına əsasən, 1979-cu il fevralın on birində İran xalqının mübarizələri səmərə verdi və müstəbid Pəhləvi monarxiya rejiminin bir əsrdən çox sürən zülmünə birdəfəlik son qoyuldu.

İran İslam İnqilabı azadlıqsevərlər üçün dönüş nöqtəsi, dünya zalımları üçün isə təhlükə zəngi oldu.

Sabah, 22 bəhmən, 11 fevral, İran xalqının siyasi-ictimai tarixində ən önəmli gün olan İran İslam İnqilabının zəfərinin ildönümü gününə təsadüf edir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı İslam İnqilabının qələbəsinin ildönümü günü münasibəti ilə dünyanın bütün azadlıqsevər xalqlarını təbrik edir.