Fev 14, 2023 18:27 Asia/Baku
  • İran və Çin rəsmiləri arasında 20 əməkdaşlıq sənədi imzalanıb

İran İslam Respublikası və Çinin yüksək vəzifəli rəsmiləri arasında iyirmi əməkdaşlıq sənədi və memorandum imzalanıb.

İmzalanma mərasimi iki ölkə prezidentlərinin hüzurunda keçirilib.

Böhranın idarə olunması, turizm, rabitə və informasiya texnologiyaları, ekologiya, beynəlxalq ticarət, mənəvi mülkiyyət, kənd təsərrüfatı, ixracat, səhiyyə və müalicə, media, idman və mədəni irs sahələri üzrə əməkdaşlıq memorandumu iki ölkə rəsmiləri arasında imzalanan sənədlərdən olub.

Çin prezidenti Si Tsin Pin bu gün bu ölkənin xalq milli kongresi məkanında rəsmi surətdə İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisini qarşılayıb.

İran prezidenti yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyətilə Çinə səfər edib.

 

Teqlər