Fev 22, 2023 14:13 Asia/Baku
  • Çin İranda 50 milyard dollarlıq investisiya qoymaq istəyir

Çinlilərin 13-cü hökumətin sonuna qədər İrana təxminən 50 milyard dollar sərmayə qoyması nəzərdə tutulub.

SəhərAzəri-nin məlumatına əsasən, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əli Əlizadə deyib: "Cənab Əmir Abdullahianın sözlərinə görə, prezidentin Çinə son səfəri zamanı iki ölkə arasında 50 milyard dollara yaxın iqtisadi əməkdaşlıq sazişi yekunlaşdırılıb və bu sazişə əsasən tərəflər arasında 19 müqavilə imzalanıb.

Bu kontekstdə çinlilər 13-cü hökumətin sonuna kimi İrana təxminən 50 milyard dollar sərmayə qoymağa hazırlaşırlar.

Tərəflər arasında razılaşdırılan layihələr arasında Makran sahillərində 4 min meqavat gücündə Atom Elektrik Stansiyasının tikintisi də var ki, ölkə prezidenti tərəfindən təsdiqlənib.

Həmçinin, iki ölkə arasında yollar və limanlar kimi infrastruktur sahələrində, eləcə də kənd təsərrüfatı və ağartı məhsulları sahəsində əməliyyat investisiyaları müqavilələri imzalanıb.

Teqlər