Nüvə məhsulları ixrac etmək niyyətindəyik
İran Atom Enerjisi Təşkilatının sədri vurğulayıb ki, digər ölkələrə nüvə texnologiyası və məhsulları ixrac etmək niyyətindəyik.
Məhəmməd İslami bu gün Tehranda Şəhid Beheşti adına Universitetin konfrans zalında keçirilən iyirmi doqquzuncu İran nüvə konfransının kənarında deyib ki, nüvə sənayesində hədəf və proqramlar işlənib hazırlanıb və bu sahədə tərtibatlar formalaşıbdır.
İran Atom Enerjisi Təşkilatının sədri əlavə edib: Universitetlərin nüvə texnologiyası sahəsindəki fəaliyyətləri İran Atom Enerjisi Təşkilatı ilə inteqrasiya olmalıdır ki, nüvə sahəsindəki mənbələrin inkişafı və bu sahədə texnologiyanın yaradılmasının şahidi olmuş olaq.
İslami sonra İranın cari günəş ilindəki nüvə nailiyyətlərinə toxunub. Qeyd edib ki, bu il ağır cərrahiyyə əməliyyatlarında istifadə olunan və üzərinə embarqo qoyulmuş bir məhsul olan qan koaqulyant tozu istehsal edilib.