Mart 02, 2023 17:48 Asia/Baku
  • ABŞ-ın qısqanclığına rəğmən İran Latın Amerikasında mövcudluğunu və təsirini artırır

Braziliya hökuməti ABŞ-ın təzyiqlərinə baxmayaraq, iki İran hərbi gəmisinin Rio-de-Janeyro limanında yan almasına icazə verib.

 SəhərAzəri-nin məlumatına əsasən, bu iki gəmi Braziliya prezidenti Lula da Silva hökumətindən icazə aldıqdan sonra Rio-de-Janeyro limanında lövbər salıb, bununla da Braziliya hökuməti Birləşmi Ştatların təhdidlərinə məhəl qoymadığını nümayiş etdirmiş olub.

Rio-de-Janeyro limanının səlahiyyətliləri təsdiqləyiblər ki, iki İran hərbi gəmisi bazar günü səhər limana daxil olub. Bu ayın əvvəlində Röyters xəbər yayıb ki, ABŞ hökuməti iki İran hərbi gəmisinin Rio-de-Janeyro limanında yan almasına qarşı çıxaraq Braziliyaya təzyiq edir.

Bununla belə, Da Silvanın Vaşinqtona səfərindən və amerikalı həmkarı Co Baydenlə görüşündən sonra verdiyi qərar amerikalıları hiddətləndirməyə bilməz. Xüsusilə də fevralın 15-də ABŞ-ın bu ölkədəki səfiri “Elizabet Baqli” Da Silva hökumətindən İranın iki hərbi gəmisinin Rio-de-Janeyro limanında yan almasına icazə verməməyi xahiş etmşdi.

ABŞ-ın təzyiqinə baxmayaraq, İran gəmilərinin Rio-de-Janeyro limanında yan almasına icazə verilməsi bir daha göstərdi ki, Latın Amerikası hökumətləri Vaşinqtonun tələblərini əvvəlki kimi yerinə yetirmək istəmirlər.

Bu arada son bir neçə onillikdə İran ABŞ-ın hegemon siyasət və hərəkətlərinə zidd olan müxtəlif ölkələrlə əlaqələri inkişaf etdirir. Və bu siyasət çərçivəsində Latın Amerikası regionunun bəzi ölkələri ilə yaxın münasibətlər qurulmuşdur.

Hazırda İran İslam Respublikasının Kuba, Nikaraqua, Braziliya, Çili, Venesuela və digər Latın və Cənubi Amerika ölkələri ilə yaxşı əlaqələri var. Və Rəisi hökuməti bu əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsini gündəmdə saxlayır.  

 

 

Teqlər