Mart 09, 2023 14:30 Asia/Baku
  • Zəhra Erşadi: İslam elə əvvəldən qadınların hüquqları və izzətinə dəyər veribdir

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini deyib ki, İslam elə əvvəldən qadınların hüquqları və izzətinə dəyər verib və Qərb medialarının İslamda qadınlara qarşı ayrı-seçkiliyə dair iddiaları həqiqətdən uzaqdır.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini Zəhra Raşedi bu sözləri Nyu-Yorkda, BMT iqamətgahında keçirilən “İslam Dünyasında qadınların hüquqları və mahiyyətinin tanınması” konfransında vurğulayıb.

Daima İslamın simasını pozmaq istiqamətində göstərilən cəhdlərə toxunan Raşedi əlavə edib: Böyük İslam Peyğəmbəri(s.ə.s)-in dövründən qadınlar İslamın yayılmasında fəal və mühüm rol oynayıblar. Onlar öz cəmiyyətlərinin din alimləri, müəllimləri və rəhbərləri olublar.

O, deyib: Qurani-Kərim bizə öyrədir ki, qadın və kişi vahid bir ruhdan yaradılıb və Allah-Taalanın nöqteyi-nəzərindən, bərabərdirlər. Bundan başqa, Qurani-Kərim bir neçə pəhrizkar qadını zikr edibdir ki, hər bir zaman və dövrdə insanlar onlara müraciət edə və onların nümunəvi şəxsiyyətlərindən ülgü götürə bilərlər. Həmin qadınlardan biri kimi, Həzrət Məryəmin adını çəkmək olar.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini sonra söyləyib: Qurani-Kərim cəmiyyətdə qadınların payına və və onların öz hüquq və fürsətlərini himayə etmələrinə yüksək dəyər verib. Müsəlman qadınlar tarixi baxımdan müxtəlif sahələrdə İslam sivilizasiyasında əsas paya malik olublar. Amma təəssüflər olsun ki, İslam barədə islami təlimlərin əksinə gedən və müsəlman qadınlar barədə ayrı-seçkilik tətbiq edən qəribə və anti-qadın rəvayətlərin şahidiyik.

Erşadi qeyd edibdir ki, Avropada islamofobiyanın artması, müsəlman qadınlar tərəfindən islami örtük və hicabdan istifadəyə qarşı qadağaların artmasında mühüm bir amil olub.

O, əlavə edib: Müsəlman qadınlar qeyri-mütənasib şəkildə/ əzab-əziyyət, qorxutma, təhqir, zorakılıq, nifrət doğuran çıxışlar, kənara qoyulma, ayrı-seçkilik və anti-İsam siyasətlərinin təsiri altında qalıblar. İnsan hüquqlarının müdafiəsi iddiasında olanlar və “heç kəsin görməməzliyə vurulmamalı olduğu”nu elan edənlərin/ duyulası addımlar atmaları və ciddi tədbirlər görmələri mühüm məsələdir.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi daha sonra deyib: Bu kimi problemlərə üstün gəlmək üçün, İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələr İslamın himayəsi sayəsində müsəlmanlara qarşı ayrı-seçkiliklər və əsaslı dəlilləri müəyyən və qadınların gücləndirilmələri üçün həll yolu təqdim etməlidirlər.

 

Teqlər