İran rəsmisi: "İran xalqı münafiqləri himayə edənləri bağışlamayacaq"
İran İslam Respublikasının İngiltərədəki səfirliyinin müvəqqəti işlər vəkili İngiltərə parlamentində münafiqləri himayə edən nümayəndələrə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, İran rəsmisi vurğulayıb ki, İran xalqının düşmənlərilə bir mövqedən çıxış etmək, İran xalqı ilə düşmənçilik sayılır.
Seyid Mehdi Hüseyni-Mətin sosial şəbəkələrdə yaydığı mesajda İngiltərə parlamentinin aşağı palatasının üzvlərindən bir qrupunun terrorçu münafiqlər qruplaşmasının Albaniyada yerləşən qərargahında bu qruplaşmanın ünsürləri ilə görüşünü tənqid edib.
İran rəsmisi əlavə edib: İran xalqının ən mənfur düşmənlərilə görüş necə əsaslandırıla bilər; yalnız İran xalqına qarşı düşmənçilikdə onlarla müştərək olacağınız halda bu, ola bilər.
İran səfirliyinin müvəqqəti işlər vəkili həmçinin vurğulayıb: İran xalqı on yeddi min günahsız iranlının qırğın edilməsi keçmişinə malik olan terrorçu qruplaşmanı himayə edən düşmənlərini heç vaxt bağışlamayacaq.
İngiltərədə yayılan məlumatlara əsasən, son zamanlar İngiltərə-sionist rejim parlament dostluğu qrupunun həmsədri Bob Blekman iranlılara qarşı düşmənçiliyin davamında Albaniyada yerləşən “Əşrəf” düşərgəsində terrorçu münafiqlər qruplaşmasının başçıları ilə görüşdən xəbər verib. O, bir tvittdə münafiqlərin başçısını İran milli şurasının seçdiyi prezident kimi təqdim edib.
İngiltərə-sionist rejim parlament dostluğu qrupunun həmsədri həmçinin iddia edibdir ki, İngiltərə parlamentinin aşağı və yuxarı palatalarının nümayəndələrindən 250 nəfərin imzaladığı bəyanatı terrorçu münafiqlər qruplaşmasının başçısı Məryəm Rəcəviyə təqdim edibdir.
Bob Blekman bundan qabaq İngiltərə parlamentinin aşağı palatasının bir neçə digər nümayəndəsilə yanaşı, Sepah-ın adınının İngiltərə hökumətinin terrorçu qruplar siyahısına salınması layihəsini təqdim etsə də, bu işdə nakam qalmışdı.