Mart 11, 2023 16:10 Asia/Baku
  • Tehranla Riyad arasında anlaşma  Təl-Əvivin yenilgisi oldu

Sionist rejimin baş naziri İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələrin bərpasına dair razılaşmanı Təl-Əvivin xarici siyasəti üçün tam uğursuzluq və təhlükə kimi qiymətləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin keçmiş baş naziri Yair Lapid İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələrin bərpasına dair razılaşmaya cavab olaraq deyib: “Biz İrana qarşı işləmək və Amerika ilə əlaqələri gücləndirmək əvəzinə, özümüzü məhkəmə islahatlarına dəlisov məşğul etdikdə bundan başqa bir şey gözləmək olmaz.”

Naftali Bennett isə, bu rejimin indiki baş naziri Binyamin Netanyahuya xəbərdarlıq edərək, bu razılaşmanı İsrail üçün böyük məğlubiyyət kimi qiymətləndirdi və buna siyasi arenada struktur idarə etmənin zəifliyinə səbəb səriştəsizliyin, daxili çaxnaşmanın olduğunu deyib.

" Tehran və Ər-Riyad arasında münasibətlərin bərpası, xüsusilə İsrail üçün təhlükəli irəliləyişdir. Bu, əslində İran üçün siyasi qələbədir", - Bennet bildirib.

Sionist Knessetin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin rəhbəri Valli Edelşteyn də həmçinin İran və Səudiyyə Ərəbistanı arasındakı razılaşmanın İsrail üçün çox pis olduğunu bildirib.

 

Teqlər