Mart 13, 2023 18:38 Asia/Baku
  • Rəisi: Lukaşenkonun Tehrana səfəri İran-Belarus münasibətlərində dönüş nöqtəsidir

İran İslam Respublikası prezidenti Tehran və Minsk arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması mərasimində deyib: "Belarus prezidentinin Tehrana səfəri ikitərəfli münasibətlərin inkişafında dönüş nöqtəsidir".

SəhərAzəri-nin məlumatına əsasən, Mərasimdə İran və Belarus arasında ticarət, nəqliyyat, kənd təsərrüfatı və mədəniyyət sahələrində hərtərəfli əməkdaşlıq üçün yol xəritəsi və 7 digər əməkdaşlıq sənədi imzalanıb.

İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi bazar ertəsi günü bu mərasimdə iki ölkə arasında 30 illik əlaqələrə və hərtərəfli yol xəritəsinin formalaşmasına toxunaraq, deyib: "Bu hərtərəfli yol xəritəsi, şübhəsiz ki, gələcəkdə iki ölkə arasında münasibətlərin taleyini müəyyən edə bilər". 

Rəisi İranın sanksiyalara baxmayaraq, inkişaf etdiyini vurğulayaraq, qeyd edib ki, İran təhdidlərə və sanksiyalara baxmayaraq, bu müddət ərzində böyük irəliləyiş əldə edə bilib və sanksiyaları fürsətə çevirib. İran sanksiyalarla bağlı təcrübələrini dost ölkə Belarusla bölüşməyə hazırdır.

İran İslam Respublikası prezidenti həmçinin, İranın beynəlxalq arenada birtərəfli siyasətlərə qarşı olduğunu bildirib və vurğulayıb: "İran və Belarus birtərəfliliyə qarşıdır və biz inanırıq ki, müstəqil ölkələr arasında yaxşı münasibətlər ola bilər və bu, sanksiyaların neytrallaşdırılmasına, eləcə də ölkələr və xalqların tərəqqisinə səbəb ola bilər.

Belarus prezidenti Aleksandr Lukaşenko da öz növbəsində iranlı həmkarına onu qəbul etdiyinə görə təşəkkür edərək, deyib: "Biz sonuncu dəfə 17 il əvvəl Tehrana rəsmi səfər etmişik; Etiraf etməliyəm ki, nə sanksiyalar, nə də təzyiqlər İran xalqının tərəqqisinə mane olmayıb və müstəqil və güclü İranın yoluna davam etdiyi bir həqiqətdir".

O, iki ölkə arasında imzalanmış anlaşma memorandumlarına da toxunaraq, yuxarıda qeyd olunan sazişlərin həyata keçirilməsi ilə iki ölkə arasında ticarət mübadiləsinin həcminin 100 milyon dollara çatacağına ümid etdiyini bildirib.

Belarus prezidenti sanksiyaların ölkələrin inkişafındakı rolu ilə bağlı deyib: "Sanksiyalar fürsətdir və iki ölkə bu fürsətləri əldən verməməlidir".

Teqlər