Mart 17, 2023 21:40 Asia/Baku
  • Avropa Parlamenti İran xalqına qarşı nifrətyayma məkanına çevrilib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Avropa Parlamentinin ölkənin bəzi məktəblərindəki zəhərlənmə barədəki qətnaməsinə reaksiyada vurğulayıb ki, Avropa Parlamenti də İran xalqına qarşı nifrətyayma məkanına çevrilibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa Parlamenti Ağ Ev-in anti-İran siyasətləri ilə paralel surətdə məktəbli qızların vəziyyətlərinin pisləşməsi barədə İrana qarşı məqsədyönlü bir qətnamə qəbul edib.

Ötən günlərdə İranın bəzi şəhərlərində bir qrup məktəbli zəhərlənmişdi.

İran məktəblərində məktəblilərin şübhəli şəkildə zəhərlənmələri məsələsi bu günlər ictimaiyyətin zehnini məşğul edən və ümumi fikri nigaran edən ən mühüm məsələlərdəndir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu məsələni, cəmiyyətin ən məsum üzvlərinin, yəni uşaqların haqqında cinayət, həmçinin cəmiyyətin psixoloji əmin-amansızlığı  və ailələrin nigarançılıqları amili adlandırıb və vurğulayıblar ki, rəsmilər, həmçinin təhlükəsizlik və nizam-intizam orqanları onu ciddi şəkildə təqib etməlidirlər.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İranın bəzi məktəblərində məktəbli qızların pis vəziyyətlərilə bağlı şübhəli və araşdırılmaqda olan hadisələrlə bağlı Avropa Parlamentinin qətnaməsinə reaksiyada deyib: İran İslam Respublikası ciddi şəkildə və ölkənin yüksək səviyyələrində bu məsələni təqib etməkdədir və səhiyyə nazirliyinin ixtisas qrupları da öz yerli və real araşdırmalarını ciddi surətdə davam etdirirlər.

Kənani daha sonra söyləyib: Avropa Parlamentinin qətnamə qəbul etməsi və İrana qarşı puç və əsassız ittihamların təkrar olunması təəccüb və təəssüf doğurandır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Məhkəmə rəsmilərinin ilkin tapıntıları bu cinayətin bəzi amillərinin müəyyən edilmələrindən söz açır və əslində, bu insanlığa sığmayan şübhəli macəra ilə əlaqədar, İran İslam Respublikası quruluşu şikayət etməli və iddia irəli sürməlidir.

Kənani vurğulayıb ki, Avropa Parlamenti İranofobiya planı və İran xalqına qarşı nifrət yaymaq məqsədilə şübhəli və ekstremist simalar üçün bir məkan olub.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb: İran İslam Respublikası hər hansı psixoloji təzyiq və əməliyyatan kənar, baş vermiş hadisələri təqib etmək üçün bütün səylərini göstərəcək və bu cinayətkarcasına olayların səbəbkarları, mübaşirləri və amillərini müəyyən edib, ədalətə tapşırmaq üçün əlindən gələni əsirgəməyəcək.

Kənani daha sonra təkid edib: Avropa Parlamentinin son davranışları ilə/ sözügedən cinayətdə əlləri olan müqəssirlərin üzə çıxarılacaqları və cəzalandırılacaqları təqdirdə, bu parlament yenidən insan hüquqları adı altında həmin cinayətkarların müdafiəsinə qalxıb, onların cəzalandırılmamalarını istəyəcək.

 

Teqlər