Mart 20, 2023 17:48 Asia/Baku
  • İranda yeni ilin təhvil anı

Yeni günəş ili İran İslam Respublikasının rəsmi vaxtı ilə sabah səhər saat 00, 54 dəqiqə, 28 saniyədə təhvil olacaq.

SəhərAzəri-nin məlumatına əsasən, sabah, 1402-ci günəş ili fərvərdin ayının biri, İranın Novruz adlanan yeni il şənliyinin başlandığı gündür. Bu bayram qədim İran dövranından yadigar qalan ən qədim şənliklərdən biridir.

Sabah, çərşənbə axşamı günü, 1402-ci günəş ili fərvərdin ayının biri, 1444-cü hicri qəməri ili şəban ayının 28-i və 2023-ci milad ili martın 21-ə təsadüf edəcək.

İranlı kökünə malik olan Novruz bayramı dünyanın ondan çox ölkəsində rəsmən tanınır.

Novruz bayramı İran, Əfqanıstan, Tacikistan, Azərbaycan Respublikası, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Albaniyanın rəsmi təqvimlərində elə novruz adı ilə tətildir.

Dünya xalqlarından 300 milyon nəfərdən çox insan novruzu bayram edir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı yeni il münasibətilə novruz bayramını qeyd edən bütün xalqları təbrik edir.

Teqlər