Türkmənistandan İrana qaz svopu davam edir
İranın Milli Qaz Şirkətinin icraçı direktoru Türkmənistandan İrana svop qaz nəqlinin davam etdiyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Milli Qaz Şirkətinin baş direktoru "Məcid Çegini" Türkmənistan üzərindən qazın svop tədarükünə toxunaraq, deyib: "Biz Türkmənistan tərəfi ilə bu ölkədən birbaşa qaz idxalı ilə bağlı məsləhətləşmələr aparırıq".
Çegini Mehr xəbər agentliyinə verdiyi müsahibəd əlavə edib: "Qaz idxalı ilə bağlı danışıqlar aparılır və əgər hazırda nəzərdən keçirdiyimiz prinsiplər bu danışıqlarda müsbət davam edərsə və heç bir problem olmazsa, qaz idxalına başlayacağıq".
İranın Milli Qaz Şirkətinin baş direktoru, həmçinin deyib: "Biz qaz idxalının mümkün olduğu qonşu ölkələrlə danışıqlar aparırıq, onlardan biri də Türkmənistandır".
İran rəsmisi qeyd edib ki,Türkmənistan üzərindən qaz mübadiləsi dayandırıldı və yenidən bərpa edildi, çünki onların ölkə daxilində texniki problemləri var idi".
İranın regiondakı mövqeyini nəzərə alaraq, dünya ölkələri, xüsusən də qonşu ölkələrlə svop müqavilələri ölkənin iqtisadi, siyasi və təhlükəsizlik sahələrində inkişafına zəmin yarada bilər.