Kanani qərbli qadın nazirlərin Fransada qadınların repressiyasına qarşı susmasını tənqid edib
https://azeri.sahartv.ir/news/İran-i398509-kanani_qərbli_qadın_nazirlərin_fransada_qadınların_repressiyasına_qarşı_susmasını_tənqid_edib
İran Xarici İşlər Nazirliyinin sözmüsü Qərb ölkələrinin qadın nazirlərinin Fransada qadın nümayişçilərin repressiyasına qarşı susqunluğunu tənqid edərək, soruşub: "Avropa, Kanada və Avstraliyadakı qadın nazirlər haradadırlar"?
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2023 16:07 Asia/Baku
  • Kanani qərbli qadın nazirlərin Fransada qadınların repressiyasına qarşı susmasını tənqid edib

İran Xarici İşlər Nazirliyinin sözmüsü Qərb ölkələrinin qadın nazirlərinin Fransada qadın nümayişçilərin repressiyasına qarşı susqunluğunu tənqid edərək, soruşub: "Avropa, Kanada və Avstraliyadakı qadın nazirlər haradadırlar"?

SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani bu gün, şənbə günü öz Twitter səhifəsində yazıb: "Fransada polis tərəfindən etirazçılara, xüsusən də qadınlara qarşı şiddətli repressiya səhnələrini izləməklə dünya ictimai rəyi və qadınları qarşısında bu sual yenə də ortaya çıxır ki, bəs Avropa, Kanada və Avstraliyada qadın nazirlər və feministlər haradadır və niyə fransız etirazçı qadınların hüquqlarını dəstəkləmək üçün onların kollektiv konsertindən xəbər yoxdur?

Ötən həftə ərzində Fransada keçirilən etiraz aksiyalarının əksəriyyətində bu ölkə polisi prezident Emmanuel Makronun pensiya islahatına qarşı etiraz edənlərə qarşı zorakılıq və təhqiramiz davranış nümayiş etdirib və bu, bir çox müzakirələrə və qınaqlara səbəb olub, lakin bu zorakı davranış təkcə nümayişçiləri deyil, jurnalistləri də əhatə edib.