12 fərvərdin İran İslam Respublikası günüdür
“İslam Cümhuriyyəti” günü olan bu gün (şənbə), İranın inqilabçı xalqının İslamın şərəfli amallarının həyata keçirmək və ölkənin müqəddəratını təyin etmək yolunda onun yüksək əzimli iradəsinin əsl tərənnümü günüdür.
SəhərAzəri-nin məlumatına əsasən, İmam Xomeyninin (r.ə) başçılıq etdiyi İslam İnqilabının şanlı qələbəsindən sonra günəş ili təqvimi ilə 1358-ci il fərvərdin ayının 12-də (1 aprel 1979-cu il) elan edilmiş referendumun nəticələrinə əsasən referendumda iştirak etmək hüququ olanların 98 faizindən çoxu İslam Respublikasının qurulmasına imza atdı. Bu münasibətlə İran təqvimində Fərvərdin ayının 12-ci günü "İran İslam Respublikası" günü adlandırılıb.
İran xalqı hicri şəmsi illə (günəş ili) 1358-ci il fərvərdinin 12-də özünün tam və bütöv bir şəkildə iştirakı ilə bütün dünyaya göstərdi ki, İran İslam Respublikasının müqəddəs quruluş tarixində ilk seçkidir ki, bu gündən etibarən daha xarici amillərin heç bir müdaxilə edə bilmədiyi və müstəqil olaraq öz qərarlarını qəbul etmək dövrü başlandı.