Apr 06, 2023 16:49 Asia/Baku
  • Əmir Səid İrəvani: Sionist rejimin Dəməşqə hücumları beynəlxalq qanunların açıq şəkildə tapdalanmasıdır

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani sionist rejimin Dəməşqə son terror hücumları və iki iranlı hərbi məsləhətçinin Suriyada şəhadəti ilə bağlı cinayətin beynəlxalq hüququn açıq şəkildə pozduğunu bildirərək Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibinə məktub ünvanlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının rəhbəri və BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək, İsrail rejiminin Suriyaya qarşı təcavüzkar hərəkətlərini çatdırıb. Məktubda bildirilir ki, Beynəlxalq ictimaiyyət, xüsusilə BMT-nin təhlükəsizliy Şurası tərəfindən bu təcavüzkarlığa qarşı heç bir cəza verilmir və hələ də bu cinayətlər dayanmadan davam edir.

İranın BMT-dəki daimi nümayəndəsi bildirib ki: Təhlükəsizlik Şurası ikili standartlardan əl çəkməli və beynəlxalq hüququn əsas prinsipləri və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin İsrail rejimi tərəfindən davamlı şəkildə pozulmasını açıq şəkildə pisləməklə öz qanuni vəzifələrini yerinə yetirməlidir.

 

Teqlər