Təbrizli deputat Azərbaycan Respublikası hakimiyyətinin İsrail rejimiə qucaq açmasına etiraz etdi
Ruhullah Mütəfəkkir Azad: Sionistlərin tələsinə düşməyin!
SəhərAzəri-nin məlumatına əsasən, İran Parlamenti - İslam Şurası Məclisinin Təbriz üzrə nümayəndəsi Azərbaycan Respublikası hakimiyyətinin İsrail rejimiə qucaq açmasına etiraz edib.
Ruhullah Mütəfəkkir Azad öz çıxışında deyib: “Azərbaycan Respublikasına qardaşca tövsiyəmiz budur ki, sionistlərin tələsinə düşməsinlər. Bizim səbrimiz strateji xətt əsasındadır.”
Deputatın sözlərnə görə, Azərbaycanın Təl-Əvivdə səfirlik açması müsəlmanlar arasında onun imicinə ciddi zərbə vuran böyük strateji səhvdir. “Biz heç də istəmirik ki, israillilər azərbaycanlıların köməyilə bizim ümumi maraqlarımıza zərbə vursunlar və ölkəmizin daxili işlərinə qarışmış olsunlar. Heç şübhəsiz onlar məğlub olcaqlar”, - deyə təbrizli millət vəkili vurğulayıb.