Əmir Abdullahian: Fransanın xarici işlər naziri ilə səmimi və faydalı danışıqlarımız oldu
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə axşamı Pekində fransalı həmkarı ilə ikitərəfli əlaqələr, Tehran və Ər-Riyad arasında son razılaşma, Ukrayna, regional məsələlər və sanksiyaların ləğvi ilə bağlı səmimi və faydalı danışıqlar apardığını açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahianözünün Tvitter səhifəsində yazıb: "Fransanın xarici işlər naziri xanım Ketrin Kolonna ilə Pekində iki saat davam edən səmimi və faydalı danışıqlarım zamanı ikitərəfli münasibətlər, İran-Səudiyyə Ərəbistanının son razılaşması, Ukrayna hadisələri və regional məsələlər, o cümlədən Fələstin və Livanla bağlı məsələlər, İranın sülhməramlı nüvə proqramı və sanksiyaların aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparıldı".
O əlavə edib: "Fransanın nüvə sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsini tənqid etməklə yanaşı etiraz edən Fransa vətəndaşlarının hüquqlarına riayət edilməsinin və onlara hörmət edilməsinin zəruriliyini də vurğuladım".
"İran İslam Respublikası nüvə anlaşması çərçivəsində mövcud çətinliklərin öhdəsindən gəlmək üçün danışıqların davam etdirilməsinə və qarşılıqlı hörmətə çağırır", - deyə İranın diplomatik aparatının rəhbəri vurğulayıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla görüşmək üçün Pekinə səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Fransa prezidenti Emmanuel Makronun müşayiəti ilə Pekində səfərdə olan fransalı həmkarı xanım Ketrin Kolonna ilə də təkbətək görüş keçirib.