Apr 25, 2023 20:11 Asia/Baku
  • Qərb heç vaxt general Süleymanini unutdura bilməyəcək

İtaliyanın “Durige” xəbər saytı şəhid general Qasim Süleymaninin İran və regiondakı mövqeyindən söz açıb.

SəhərAzəri-nin məlumatına görə, Məqalədə qərb KİV-lərində ağır senzura mühitinə işarə olunaraq ifadə azadlığının olmaması haqda yazılır: “Qasim Süleymani haqqında məqalə yazmaq faktiki olaraq jurnalistin intiharıdır. Çünki o jurnalist ən yaxşı halda tənqid və məcburi senzuraya məruz qalmış bir məzmunu ifşa edir.”

Məqalədə qeyd olunur: “Qərbin bir hissəsi və İŞİD ondan qorxurdu, amma eyni zamanda general Süleymani Yaxın Şərqin çox yerlərində qəhrəman sayılır. Onun cənazəsinin dəfnində milyonlarla insanın iştirak etməsi, sosial şəbəkələrdə həddindən artıq nüfuza malik olan güclərin onu heç vaxt yaddaşlardan çıxara bilməyəcəyinə konkret sübutdur.”

Məqalə şəhid Süleymaninin İŞİD-ə qarşı mübarizədəki rolunun əhəmiyyətinə də toxunaraq yazır: “Sərdar Süleymani dünyada İŞİD-ə qarşı məqsədyönlü və mütəşəkkil mübarizə aparan yeganə şəxs idi.”

Yazının sonunda qərbin və qərb mediasının yanaşması ilə bağlı tənqidi fikirlər yer alır: “Sərdar Süleymani, Amerika rəsmiləri üçün terrorçu, Yaxın Şərq üçün şəhid və qəhrəmandır. O, qərbdə kərkəslər dairəsini qırmağa qadir şəxsdir. Sərdar Süleymani tarixin hələ də senzuraya yox, tərifə və danışılmağa layiq bir səhifəsidir.”

 

Teqlər