Apr 27, 2023 20:26 Asia/Baku
  • İran-Qazaxıstan əlaqələri mövcud imkanlara cavab vermir

İran prezidenti dünən axşamçağı iki ölkə prezidentləri arasında əldə olunmuş razılaşmaların icra edilməsini izləmək məqsədilə Tehrana səfər etmiş Qazaxıstan baş naziri ilə görüşdə qarşılıqlı əlaqələrin xüsusən iqtisadi və ticari sahələrdə genişləndirilməsinə təkid edib.

SəhərAzəri-nin məlumatına görə, Qazaxıstanı Avrasiya Birliyində təsiredici ölkələrdən adlandıran İran prezidenti bildirib ki: İki ölkənin ticarət əlaqələrinin ötənilki diqqətəlayiq inkişafı/ vəziyyəti keçmişdəkinə nisbətən fərqləndirmiş olsa da, əlaqələrin bu səviyyəsi iki ölkənin imkanlarına cavab vermir və onun yüksəldilməsi üçün ikiqat səy göstərməliyik.

Mərkəzi Asiyadan Fars Körfəzinədək tranzit infrastrukturlarında investisiya, ticarət həmkarlıqlarının asanlaşdırılması üçün nəqliyyatın inkişaf etdirilməsi, kənd təsərrüfatı sahəsində əməkdaşlıqların artırılması, həmçinin pul və bank sahələrində yenilikçi mexanizmlərdən yararlanma, Seyid İbrahim Rəisinin  Qazaxıstan baş naziri ilə görüşündəki digər təkidlərindən olub.

Ölkə prezidenti habelə İran-Qazaxıstan mədəni-sivil əlaqələrinin genişləndirilməsinə diqqət yetirilməsini istəyib,/ bu sahədə əlaqələrin yüksəldilməsi üçün ortaq mədəniyyət komitəsinin yaradılmasını zəruri adlandırıb. Ölkəsinin xüsusilə iqtisadi və ticari investisiyalar sahəsində İran İslam Respublikası ilə əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsinə rəğbət sərgiləyən Qazaxıstan baş naziri Əlixan Smaylov da bildiribdir ki; iki ölkə əlaqələrinin həcmi mövcud imkanlarla uyuşmur; buna görə, əməkdaşlıqların genişləndirilməsi üzrə yol xəritəsi işləyib hazırlamışıq.

 

Teqlər