Qanun pozuntusu törədən gəmi İran ordusu Dəniz Qüvvələri tərəfindən ələ keçirilib
https://azeri.sahartv.ir/news/İran-i399464-qanun_pozuntusu_törədən_gəmi_İran_ordusu_dəniz_qüvvələri_tərəfindən_ələ_keçirilib
Fars körfəzində İran gəmisi ilə toqquşması nəticəsində bir neçə iranlı ekipaj üzvünün itkisinə və yaralanmasına səbəb olan naməlum gəmi Oman dənizində İran Hərbi Dəniz Qüvvələri tərəfindən müəyyən edilərək ələ keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2023 17:16 Asia/Baku
  • Qanun pozuntusu törədən gəmi İran ordusu Dəniz Qüvvələri tərəfindən ələ keçirilib

Fars körfəzində İran gəmisi ilə toqquşması nəticəsində bir neçə iranlı ekipaj üzvünün itkisinə və yaralanmasına səbəb olan naməlum gəmi Oman dənizində İran Hərbi Dəniz Qüvvələri tərəfindən müəyyən edilərək ələ keçirilib.

SəhərAzəri-nin məlumatına görə, Ordunun ictimaiyyətlə əlaqələr mərkəzi, bu toqquşmadan sonra naməlum gəmi Dəniz Axtarış və Xilasetmə Mərkəzinin müraciətindən dərhal sonra gəmiyə və yaralılara yardımla bağlı beynəlxalq qaydaları pozaraq Fars körfəzindən qaçmağa çalışıb ki, İran İslam Respublikası ordu donanması, Çabaharda yerləşən Beynəlxalq Dəniz Təhlükəsizliyi Mərkəzi Oman dənizində naməlum gəmini müəyyən edərək ələ keçirib.

Bu xəbərə görə, keçirilən əməliyyatda ordunun donanmasının “Binder” esminesi məhkəmə qərarı ilə “Marşal” bayrağı altında qanun pozuntusu törədən gəmini ələ keçirərək, onu İran İslam Respublikasının sahil sularına yönləndirib.