Rəisi: Regional və regiondankənar dəyişikliklər İran-Suriya əlaqələrinə təsir etməyib
İran prezidenti suriyalı həmkarı ilə görüşündə Suriya hökuməti və millətinin və bu ölkənin Müqavimət Cəbhəsinin terrora qarşı qələbəsindən və çətin günlərdən keçməsindən sevincini ifadə edərək, deyib: "Bir çox regional və regiondankənar dəyişikliklər İran və Suriya arasındakı qardaşlıq münasibətlərinə təsir etməyib".
SəhərAzəri-nin məlumatına görə, İran və Suriyanın yüksək səviyyəli nümayəndə heyətlərinin birgə iclasında çıxış edən Seyid İbrahim Rəisi deyib: "İran və Suriyanın mövqeyinin lrgitimliyi və bu yolun rasionallığa və müqavimətə uyğun olduğu tam sübuta yetirilib və dünənə qədər İranın mövqeyinə, siyasi statusuna, Suriya ilə bağlı fikir və baxışlarına şübhə ilə yanaşanlar bu gün bu mövqenin düzgün və ədalətli olduğuna əmin olublar".
Rəisi davamlı sülh, sabitlik və əmin-amanlığın əldə olunmasında İranın Suriyaya verdiyi dəstək və yardımı vurğulayaraq, qeyd edib ki, İslam Respublikası terrorla mübarizədə Suriya hökuməti və millətinin yanında olduğu kimi, inkişaf və tərəqqi dövründə də suriyalı qardaşlarının yanında olacaq.
Suriya prezidenti Bəşşar Əsəd də öz növbəsində çətin və kritik günlərdə İslam Respublikasının Suriya hökuməti və xalqına göstərdiyi mövqe və dəstəyi yüksək qiymətləndirərək, deyib ki, Suriya xalqı və hökuməti iranlı qardaşlarının xeyirxahlığını və köməyini unutmayacaq".
Suriya prezidenti həmçinin İranı ölkəsində davamlı sülh və təhlükəsizliyin bərqərar olmasında daha böyük rol oynamağa və müharibədən zərər çəkmiş ərazilərin bərpasında təsirli iştirak etməyə çağırıb.
Suriya ilə İran arasında əlaqələrin zəngin və təcrübələrlə dolu olduğuna Bəşşar Əsəd, Yaxın Şərq regionunu vuran şiddətli siyasi və təhlükəsizlik fırtınalarına baxmayaraq, iki ölkənin münasibətlərinin çətin dövrlərdə belə sabit olduğunu bildirib.
Prezidentlər iki ölkə arasında əməkdaşlıq sənədlərinin imzalanmasına toxunaraq, iki xalqın və bölgədəki digər xalqların maraqlarını təmin etmək üçün "İran İslam Respublikası ilə Suriya Ərəb Respublikası arasında hərtərəfli uzunmüddətli strateji əməkdaşlıq proqramı"nın əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi suriyalı həmkarı Bəşşar Əsədin rəsmi dəvəti ilə iki günlük səfər üçün Suriyanın paytaxtına gedib və "Xalq Sarayı"nda Suriya prezidenti tərəfindən qarşılanıb.