May 04, 2023 16:43 Asia/Baku
  • İranlı atıcılar dünya çempionatı siyahısında

Beynəlxalq İdman Atıcılığı Federasiyasının saytında yayılan yekun giriş siyahısında Bakı dünya çempionatında tüfəng və tapança bölmələrində iştirak edəcək on dörd iranlı atıcının adı görünür.

SəhərAzəri-nin məlumatına görə, sözügedən çempionat mayın səkkizindən on beşinədək keçiriləcək.

Haniyə Rüstəmiyan, Gülnuş Sibqətullahi və Zeynəb Tumari tapança bölməsində adları dərc edilmiş iranlı qadın atıcılardır.

Misir dünya çempionatı İranın milli atıcılıq komandasının iştirak etdiyi sonuncu yarış olub. Komandamız həmin çempionatda dörd komanda medalı və Paris olimpiya oyunlarına bir pay əldə etməyə müvəffəq oldu və hazırda Bakı dünya çempionatına göndəriləcəyi təqdirdə, təqribən altı aydan sonra həmin yarışa yola düşəcək.

Bu yarışlarda iştirak, Asiya oyunları və olimpiya seçmə yarışlarının qarşıdan gəlməsinə görə, təcrübə qazanmaq, həmçinin atıcılıların təchizatlarının günün tələblərinə uyğunlaşdırılması üçün son dərəcə önəmlidir.

 

Teqlər