May 13, 2023 18:15 Asia/Baku
  • İranın müdafiə gücü düşmənlər üçün vahiməlidir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qoşunlarının komandan əvəzi deyib ki, düşmən İranın hərbi və önləyici gücünün təqdirəlayiq olduğunu etiraf edir və İranın müdafiə gücü onlar üçün vahiməli olubdur.

SəhərAzəri-nin məlumatına görə, İranın Qum şəhərində Sepah-ın hava-kosmos qoşunlarının nailiyyətləri və bacarıqları sərgisinin açılış mərasimində çıxış edən briqada generalı-pasdar Seyid Məcid Musəvi qeyd edib ki, sözügedən sərginin mühüm məqsədi, bu qoşunların fövqəladə qabiliyyətlərinin bir hissəsinin bəyan edilməsidir.

Sepah-ın hava-kosmos qoşunlarının komandan əvəzi onu da qeyd edibdir ki, sözügedən qoşunların raket sahəsindəki qabiliyyətlərinin başlıca hissəsi, İslam İnqilabının Böyük Rəhbərinin strategiyaları və istiqamətləndirmələri ilə əldə olunubdur.

Hava-kosmos sahəsində mömin və mahir gənclərin olduğuna işarə edən general-pasdar Musəvi belə vurğulayıb: İranın raket sahəsindəki irəliləyişi o qədər olubdur ki, bu gün İran raketləri üçün dəqiqlik bacarığına tam şərait yaranıb və raket mənzili də iki min kilometrə çatıbdır.

PUA sahəsində də yerli bilikdən istifadə ilə, pilotsuzların qayrılmasında çeşidlilik, uçuşda davamlılıq və müxtəlif mənzillər üzrə qabiliyyətlər əldə olunub- deyə, Sepah rəsmisi vurğulayıb.

 

Teqlər