May 18, 2023 18:41 Asia/Baku
  • “Dena” destroyeri və “Məkran” gəmi-limanı İran sularına daxil olublar

“Dena” destroyeri və “Məkran” gəmi-limanı dünya ətrafında aylarla dənizçilikdən sonra İran sularına daxil olublar.

SəhərAzəri-nin məlumatına görə, X- Bu günədək “Dena” və “Məkran”ın 65 min kilometrə yaxın dənizçiliyi… 2022-ci ilin avqust-sentyabr aylarında ezamiyyətə getdilər… Deyilənlərə görə, ezamiyyətlərinin məqsədlərindən biri, beynəlxalq sularda iştirak və İran gəmilərini qorumaq olub.

Onların yer kürəsi ətrafında dənizçilik üzrə ilk sahilə yan almaları Hindistanın Mumbay şəhəri oldu. Ondan sonra Malakka boğazı, Cənubi Çin dənizi və Yava dənizindən keçib, İndoneziyanın Cakarta limanına yan aldılar…

İran gəmiləri Makassar boğazından keçməklə Sakit okeana daxil oldular və fransız Mikroneziya arxipelaqı və Folklend adalarından keçməklə Braziliyanın Rio-de-Janeyro limanına çatdılar…

Sonrakı məqsədləri, Cənubi Afrika idi. Buna görə, Atlantik Okeanının enindən keçməklə Keyptaun-a yan aldılar… Onlar Cənubi Afrikanı tərk edib, Mozambik boğazı və Afrika buynuzundan keçməklə Omanın Səlalə limanına çatdılar.

Səlalədən çıxmalarından üç gün keçir və hazırda təxminən 5800 saat dənizçilikdən sonra onlar yer kürəsinin ətrafına dolanıblar.

F- Eskadra komandiri danışır… Ordunun dəniz qoşunlarının 86-cı eskadrasındakı/ siz bütün silahdaşlarıma bildirmək iftixarına nail olmuşam ki, hal-hazırda biz sağ-salamat və dünya ətrafına dənizçiliyi uğurla həyata keçirdikdən sonra əziz ölkəmiz İran İslam Respublikasının ərazi sularına daxil olmuşuq.

X- Təkcə bir neçə gün kənarlarında olan bir müxbir kimi, mənim üçün dəniz dalğalarının güclü təkanları ilə dəniz səfəri çətin bir səfər oldu. Amma Məhəmməd deyir:

Məhəmməd- İrana çatdıqdan və bir-iki ay dincəldikdən sonra əgər bir daha belə bir tapşırıq baş verərsə, yenə də ezamiyyətə gedəcəyik, hətta əvvəlkindən daha yaxşı.

X- “Dena” destroyeri və “Məkran” gəmi-limanı ölkənin hərbi tarixində ən uzun dənizçilik kimi dünya ətrafında səkkiz aya yaxın dənizçilikdən sonra bu gün İran sularına daxil oldular.

 

Teqlər