May 28, 2023 12:14 Asia/Baku
  • İran

İran İslam Respublikasının mülki aviasiya təşkilatının rəhbəri bildirib ki, İran "Airbus" və "Boeing" sinifli təyyarələr istehsal edə bilər.

SəhərAzəri-nin məlumatına görə, Məhəmməd Məhəmmədibəxş televiziya proqramında deyib: “Ölkənin malik olduğu bilik və infrastrukturla biz mütləq Airbus və Boeing sinifli təyyarələr hazırlaya biləcəyik”.

Onun sözlərinə görə, on il əvvəl heç kim İranın kosmos klubunun bir hissəsi olacağına inanmırdısa, bu gün buna tamamilə yerli peykin köməyi ilə nail olunub.

Məhəmmədibəxş sonra qeyd edib ki, Rusiya 900 "Airbus" təyyarəsi aldı, lakin sanksiyaların ilk günündə onlara uçuş icazəsi verilmədi və İran İslam Respublikası Rusiya Federasiyasına kömək etdi bə hazırda Rusiya təyyarələri İranda təmir olunur.

Teqlər