SEPAH-komandanı: İran tezliklə hipersəs ballistik raketini nümayiş etdirəcək
https://azeri.sahartv.ir/news/İran-i400333-sepah_komandanı_İran_tezliklə_hipersəs_ballistik_raketini_nümayiş_etdirəcək
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələrinin komandiri İranın tezliklə yerli istehsalı olan hipersəs ballistik raketini nümayiş etdirəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2023 18:03 Asia/Baku
  • SEPAH-komandanı: İran tezliklə hipersəs ballistik raketini nümayiş etdirəcək

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələrinin komandiri İranın tezliklə yerli istehsalı olan hipersəs ballistik raketini nümayiş etdirəcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Briqada generalı Hacızadə bu gün İranın Elm və texnologiya Universitetinin tələbələri qarşısında deyib: "Bu raket son dərəcə yüksək sürətə malikdir, təxminən 12-13 Max dır və həm Yer atmosferinin daxilində, həm də onun xaricində manevr edə bilir".

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələrinin komandiri yeni raketin bütün raketdən müdafiə sistemlərindən yan keçmə qabiliyyətinə işarə edərək, vurğulayıb: "Bu raket düşmənin raket əleyhinə sistemlərini hədəf alır və raket sahəsində böyük sıçrayışıdır".

İran İslam Respublikasının silah sənayesi, xüsusilə də ballistik raketlərin istehsalı sahəsindəki irəliləyiş son illərdə diqqətəlayiqdir.