ABŞ İranın İraqla sərhədində terror qruplarına dəstək verir
https://azeri.sahartv.ir/news/İran-i400564-abŞ_İranın_İraqla_sərhədində_terror_qruplarına_dəstək_verir
İraq Şiələrinin Koordinasiya başçılarından biri bildirib ki, İranla sərhədi yaxınlığında Amerika 6 silahlı terrorçu qrupunu dəstəkləyir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 06, 2023 11:29 Asia/Baku
  • ABŞ İranın İraqla sərhədində terror qruplarına dəstək verir

İraq Şiələrinin Koordinasiya başçılarından biri bildirib ki, İranla sərhədi yaxınlığında Amerika 6 silahlı terrorçu qrupunu dəstəkləyir.

SəhərAzəri-nin məlumatına əsasən, Əl Aləm telekanalının məlumatına əsasən, Cabbar Əvdə deyib: “ABŞ və İngiltərənin “parçala və hakim ol” siyasəti indi İraqda İran əleyhinə fəaliyyətə başlayıb.

Cabbar Əvdə ABŞ-ın dəstəyini alan 6 terrorçu qrupun İran sərhədi yaxınlığında fəaliyyətə başladığını vurğulayaraq deyib: “Silahlı dəstələr sayəsində regionda yeni problemlər yaratmaq istəyirlər”.

C.Əvdə bu qrupların fəaliyyətinin İraq konstitusiyasına zidd olduğunu və mümkün dərəcədə onların qarşılarının alınacağını qeyd edib.