Əlcəzirə telekanalı İranın sabiq XİN başçısının fikirləri ilə maraqlanıb
Zərif: İran iki müqavilə əsasında Qafqazdakı ərazilərindən geri çəkildi
İran İslam Respublikasının keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin ötən şənbə Instagram sosial şəbəkəsindəki paylaşımı gündəm olub.
Zərif bu yazısında bir daha İranın Qafqazdakı geniş torpaqlardan Rusiya imperiyasının xeyrinə çəkildiyini xatırladıb.
“Gülüstan müqaviləsi ilə itirilmiş torpaqları geri qaytarmaq istəyənlər 1828-ci ildə Türkmənçay müqaviləsinə görə İran torpaqlarının daha çox hissəsini itirməli oldular. Və bu yolla İranın müstəqilliyini riskə atdılar”, - deyə İranın keçmiş xarici işlər naziri qeyd edib.
O vurğulayıb ki, gələcəkdə Türkmənçay müqaviləsinə bənzər müqavilələrin imzalanmaması üçün iranlılar öz imkanları daxilində arzularını həyata keçirə biləcəklərinə əmin olmalıdırlar.
Əlcəzirənin məqaləsində Zərifin sözü gedən yazısı ilə bağlı bu sözlər ifadə olunub: “İran dövlətinin sabiq rəsmisi öz paylaşımında bu gün Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları kimi tanınan hissələrdən Rusiya İmperiyasının xeyrinə çəkildiyi müqavilələrə istinad etmişdir.