Sepah-ın bombardmançı multirotoru uğurla sınaqdan keçirilib
https://azeri.sahartv.ir/news/İran-i400716-sepah_ın_bombardmançı_multirotoru_uğurla_sınaqdan_keçirilib
İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının bombardmançı multirotoru uğurla sınaqdan keçirilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 11, 2023 16:59 Asia/Baku
  • Sepah-ın bombardmançı multirotoru uğurla sınaqdan keçirilib

İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının bombardmançı multirotoru uğurla sınaqdan keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, «Ərbəin» layihəsi adı altında düzəldilən bu uçan aparat müxtəlif növlü sursatları daşımaq qabiliyyətinə malikdir.

Bu yüngül uçan aparat özü ilə yeddi kiloqramlıq bomba daşımaq və onu beş yüz metrlik hündürlükdən hədəfin üzərinə buraxmaq bacarığına malikdir.

Bundan başqa, İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının yeni multirotoru eyni vaxtda on kiçik qumbaranı özü ilə daşımağa və müxtəlif hədəflər üzərinə atəş açmağa qadirdir.