İyun 24, 2023 22:21 Asia/Baku
  • Əmir Abdullahian Lavrovla telefon danışığı apardı

İran və Rusiya xarici işlər nazirləri telefon danışığında ikitərəfli münasibətlərin son vəziyyəti və Rusiyanın bəzi bölgələrindəki baş vermiş son hadisələrlə bağlı gedişat haqda müzakirə aparıblar.

SəhərAzəri-nin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian şənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə söhbətində Rusiyanın qonşusu və dost ölkələri də daxil olmaqla, bütün ölkələrdə qanunun aliliyini dəstəkləyib və ölkələrin daxili işlərinə hər hansı xarici müdaxilənin qəbul edilməzliyini bildirərək, Rusiyanın hazırkı durumunu tamamilə ölkənin daxili məsələsi hesab edib və Rusiyanın bu maneələri aşacağına əminliyini bildirib.

Sergey Lavrov isə, Rusiya prezidenti Vladimir Putinin etdiyi çıxışı xatırladaraq toxunaraq, qanunun aliliyinin ölkənin ərazi bütövlüyünə tam şəkildə tətbiq edilməsini nəzərə çatdırmış və bu barədə bildirib ki, Rusiya hazırkı şəraitdən tez bir zamanda çıxacaq.

Rusiya xarici işlər naziri Tehran və Moskva arasında yüksək səviyyəli münasibətləri dəyərləndirərkən ikitərəfli razılaşmaların əldə olunmasına da təkid edib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani də Rusiyadakı mövcud vəziyyəti ölkənin daxili məsələsi adlandırmış və İranın Rusiyada qanunun aliliyinə dəstək verdiyini vurğulamışdır.

Teqlər