QH beynəlxalq hüququn fundamental prinsiplərini daha qətiyyətlə müdafiə etməlidir
Əfqanıstan uzun illərdir ki, qeyri-sabitlik və böhrandan əziyyət çəkir.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Qoşulmama Hərəkatına üzv ölkələrin toplantısında Əfqanıstanla bağlı deyib ki, “Əfqanıstan uzun illər ərzində qeyri-sabitlik və böhrandan əziyyət çəkir. Həll yolu isə, ölkə ərazisində inklüziv hökumətin formalaşdırılmasıdır. İran İslam Respublikası milyonlarla əfqan qaçqını qəbul etməklə yanaşı, Əfqanıstanda humanitar vəziyyətin yaxşılaşdırılmasına kömək etməyə çalışacaqdır.
Abdullahian daha sonra bidirib ki, “ Dünyada “qanunun aliliyi”nin gücləndirilməsi məqsədinə uyğun olaraq, Qoşulmama Hərəkatı beynəlxalq təşkilatlarda daha fəal rol oynamalıdır. Bu təşilat dünyada daha yüksək səslə beynəlxalq təsisatların instrumental istifadəsinə qarşı olduğunu bəyan etməlidir. Hərəkat beynəlxalq hüququn fundamental prinsiplərini daha qətiyyətlə müdafiə etməli və dünyada nüvə silahının aradan qaldırılmasının zəruriliyini vurğulamaqda öz prinsipial mövqeyində israrlı olmalıdır.