İyul 22, 2023 17:10 Asia/Baku
  • Aliməqamlı Rəhbər: Qurani-Kərimi təhqir edən cinayətkara qarşı ən ağır cəza verilməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İsveçdə Qurani-Kərimin dəfələrlə təhqir olunmasını pisləyərək, bu hərəkətin arxasında duran şəxsə ən sərt cəza verilməli olduğunu deyib.

Həzrət Ayətullahül-üzma Xamenei şənbə günü yaydığı müraciətdə İsveçdə Qurani-Kərimi təhqir etmə cəsarətini acı, fitnə xarakterli və çox təhlükəli bir hadisə adlandırıb və bütün İslam alimlərinin bu cinayəti törədənə qarşı ən sərt cəzanın verilməsində yekdil olduğunu vurğulayaraq, İsveç hökumətini cinayətkarı İslam ölkələrindəki məhkəmə sistemlərinə təhvil verməyə çağırıb.

O, Həzrətin müraciətində deyilir: "İsveç hökuməti bilməlidir ki, cinayətkarı dəstəkləyərək, müsəlman dünyasına müharibə elan edib və bu dəstək bütün müsəlman ölkələrində və onların hökumətlərində Stokholma qarşı nifrət və düşmənçiliyə səbəb olub". 

Ali Məqamlı Rəhbər bildiriblər ki, İsveç hökuməti cinayəti törədəni müsəlman ölkələrinin məhkəmə sisteminə təhvil verməlidir. 

Həzrət Ayətullahül-üzma Xamenei daha sonra vurğulayıblar ki,  bu hərəkətin arxasında duran fitnəçilər bilməlidirlər ki, Qurani-Kərimə hörmət və əzəmət günü-gündən daha da artacaq və bu cür fitnələr və onların arxasında duran insanlar müqəddəs kitabın parlamasına mane ola bilməyəcəklər.

Teqlər