İyul 27, 2023 20:23 Asia/Baku
  • Kənani sionistlərin İslam müqəddəslərinə hörmətsizliklə bağlı qlobal planını şərh edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionistlərin İslam müqəddəslərinə hörmətsizliklə bağlı qlobal planını şərh edərkən, işğalçı rejimin təhlükəsizlik nazirinin Məscidül-Əqsada olmasını pisləyib və bunu İsrailin İslam müqəddəslərinə təcavüz planının növbəti addımı adlandırıb.

SəhərAzəri-nin məlumatına görə, bu gün (cümə axşamı) İsrail rejiminin daxili təhlükəsizlik naziri İtamar Ben Qvir bir qrup sionist qəsəbə sakini ilə birlikdə Əl-Əqsa məscidinə basqın edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani öz Twitter hesabında yazıb: "Qurani-Kərimin yandırılmasından tutmuş müsəlmanların birinci qibləsinə qarşı hörmətsizliyə qədər, bütün bunlar sionistlərin İslam müqəddəslərinə təcavüz üçün qlobal layihəsidir". 

Nasir Kənani əlavə edib: "Sionist rejim nazirinin Məscidül-Əqsada şər niyyətli iştirakı İslam müqəddəslərinə təcavüz və bütün dünya müsəlmanlarının hisslərini yaralamaq prosesində başqa bir addımdır ki, bu da pislənir".

İsrail rejiminin daxili təhlükəsizlik nazirinin Əl-Əqsa məscidinə basqın etməsi Fələstin, İordaniya, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən də pislənilib.

Bundan əvvəl də Benyamin Netanyahunun ekstremist kabinetinin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir bir qrup sionist qəsəbə sakinləri ilə birlikdə ciddi təhlükəsizlik tədbirləri altında Əl-Əqsa məscidinin həyətinə hücum edib və bu, həmin zaman müsəlman ölkələri, o cümlədən İran İslam Respublikası tərəfindən pislənib. 

Teqlər