ABŞ-ın stels təyyarələri İran ordusunun HHM sisteminin tam nəzarəti altındadırlar
İran İslam Respublikası Ordusunun hava hücumundan müdafiə əməliyyatının rəis müavini deyib ki: Ötən günlər Amerikanın bir neçə ədəd F-35 təyyarəsi Fars Körfəzi üzərində uçmaqda olub və onlar havaya qalxdıqları andan İran ordusunun radarları tərəfindən tam şəkildə təqib ediliblər.
SəhərAzəri-nin məlumatına görə, İran İslam Respublikası Ordusunun hava hücumundan müdafiə əməliyyatının rəis müavini- briqada generalı Rza Xacə bu gün Fars informasiya agentliyi ilə müsahibədə Amerikanın Fars Körfəzi bölgəsindəki stels iştirakına işarə ilə,/ bildirib ki: İranın cənubunda yerləşən bütün radarlar anbaan F-35 təyyarələrini izləyiblər.
İran İslam Respublikası Ordusunun hava hücumundan müdafiə əməliyyatının rəis müavini bölgədə həyata keçirilən bütün uçuşların bu qüvvələr tərəfindən izlənildiyi və təhlil edildiyini bildirib. Qeyd edib ki: Fars Körfəzi bölgəsində, Hörmüz boğazında və Oman dənizində/ regionaşırı qüvvələrin bütün uçuşları İran İslam Respublikası Ordusunun radarları, xüsusən ölkənin cənub kənarında yerləşən radarlar tərəfindən mütləq şəkildə təqib və təhlil və lazım olan təqdirdə onlara xəbərdarlıq edilir.
İranın müdafiə və silah sənayesi son illər modern texnologiyalara nailolma sahəsində uğurla fəaliyyət göstərib.
Bu istiqamətdə və bu qanuni haqqa əsasən, İran İslam Respublikası quru, dəniz və aero-kosmik sahələrdəki təhdidləri dəf etmək üçün təsirli hücumlara və çəkindirici gücə malikdir.