Vəhdət həftəsi və əziz İslam Peyğəmbərinin (s.ə.s) mövludu mübarək olsun!
Bəzi rəvayətlərə görə, bu gün rəbiül-əvvəl ayının 12-si əziz İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın (s.ə.s) mövludunun ildönümü günü və "Vəhdət həftəsi"nin birinci günüdür.
Məlum olduğu kimi, Əhli- sünnə mənbələrində rəbiül-əvvəl ayının 12-si, Şiə mənbələrində isə, rəbiül-əvvəlin 17-sini İslam Peyğəmbərinin (s.ə.s) mövlud günü olaraq, qəbul edirlər.
Özü İslam Dünyasında vəhdət carçılarından olmuş İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (r.ə.) bu məsələdən islami qrupların birliyi və yaxınlaşması üçün istifadə etdi və bu iki tarix arasındakı müddəti "vəhdət həftəsi" adlandırdı.
Günümüzdə vəhdətin hər zamankından daha çox vacib olduğu və bütün İslam Dünyasında həmrəyliyin və birliyin daha çox önəm daşıdığı hər bir müsəlmanın qanı və canı ilə hiss etdiyi məlumdur. Bunu əsas götürərək bütün müsəlmanların bir bayraq altında dünyada haqq-ədalətin bərbasına qalxmalı, İslam düşmənlərinə qarşı qəti mübarizə aparması uca İslamın tələblərindəndir.
Müxtəlif məzhəblərdən olan müsəlmanlar arasında bəzi dini etiqadlar və şəriət hökmləri ilə bağlı fikir ayrılıqları olsada, onlar bir olan Allaha, onun peyğəmbərinə və nazil etdiyi kitaba inam və vahid qiblə kimi bir çox ortaqlıqlara da malikdirlər.
Səhər Azəri telekanalı adından "Vəhdət Həftəsinin" başlanması və əziz İslam Peyğəmbərinin(s.ə.s) mövludu münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirik.