Rəisi: Terrorçular Pakistandakı qorxaq əməlləri ilə müsəlmanlar arasında təfriqə salmaq istəyirlər
İran İslam Respublikası prezidenti bir müraciətdə Pakistanın Bəluçistan əyalətində törədilən terror aktını pisləyib və qeyd edib ki, terrorçuların müsəlmanlar arasında təfriqə yaratmaqdan başqa heç bir məqsədi yoxdur.
Ayətullah Rəisi Pakistan hökuməti və xalqına və bu terror partlayışının qurbanlarının ailələrinə başsağlığı verib və deyib: "İran İslam Respublikası terrorizm və ekstremizmin bütün növləri mübarizə aparmağa hazırdır və beynəlxalq ictimaiyyəti, xüsusilə İslam ölkələrini bu cinayət əməllərinə qarşı qətiyyətli mövqe tutmağa və bu cür acı hadisələrin təkrarlanmasına son qoymağa çağırır".
Bu gün, cümə günü Pakistanın Bəlucistan əyalətinin Məstunq şəhərində Peyğəmbərin mövludu münasibətilə keçirilən bayram tədbiri zamanı məscidin yaxınlığında partlayış baş verib, baş verən intiharçı partlayış nəticəsində ən azı 52 nəfər həlak olub, onlarla insan isə yaralanıb.
Bundan bir neçə saat sonra Pakistanın şimal-qərbində daha iki terror aktı törədilib ki, nəticədə 3 nəfər həyatını itirib.