Okt 18, 2023 13:13 Asia/Baku
  • İranın XİN başçısı Qəzzə əhalisinə qarşı törədilən cinayətlərə görə Vaşinqtonu ittiham etdi

Əmir-Abdullahiyan: ABŞ İsrail rejimini dinc sakinlərə hücum etməyə təşviq edir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Qəzzədə orta hesabla hər gün 300-dən 700-ə qədər mülki şəxsin şəhid olduğunu vurğulayıb və ABŞ-ın sionist rejimi Qəzzədə dinc əhaliyə hücum etməyə təşviq etməkdə günahlandırıb.

Hüseyn Əmir-Abdullahiyan Aİ diplomatiyasının rəhbəri Cozep Borrell ilə telefon danışığında bunu söyləyib.

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Əmir-Abdullahiyan ABŞ-ın qeyri-konstruktiv siyasətini və Vaşinqtonun İsrail rejimini Qəzzədə dinc əhaliyə qarşı daha çox hücumlar həyata keçirməyə təşviq etməsini müharibənin davam etdirilməsi və genişlənməsi üçün mühüm amil adlandırıb”.

İran Xarici İşlər Nazirliyinin rəhbəri Qəzzənin mühasirəyə alınması və humanitar dəhlizlərin bağlanması səbəbindən bu şəhərin sakinlərinə dərman və ərzaq göndərilməsinin mümkünsüzlüyünü bildirərək, Qəzzədə hər gün 300-dən 700-ə qədər mülki şəxsin şəhid olduğunu vurğulayıb.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Əbdullahiyan həmçinin sionist rejimin cinayəti və Qəzzədə xəstəxananın bombalanmasına cavab olaraq X mikrobloqundakı səhifəsində yazıb: “Sionist rejimin dəhşətli cinayətindən sonra Qəzzədə Əl-Əhli Xəstəxanasında mindən çox günahsız qadın və uşağın bombalanması və qətliamı İŞİD və onun qırğın maşınından daha artıq mənfur olan bu saxta rejimə qarşı bəşəriyyətin qlobal birliyinin vaxtının gəlib çatdığını sübut edir”.

 

Teqlər