Qalibaf: Müsəlmanlar fədakarlıq etməyə və sionist rejimə qarşı mübarizəyə hazırdırlar
İran parlamenti, İslam Şurası Məclisinin sədri dünya müsəlmanlarını saxta sionist rejimə qarşı əməli addımlar atmağa çağırıb.
Məhəmməd Baqir Qalibaf parlamentin plenar iclasında çıxışı zamanı qeyd edib ki, müsəlmanlar fədakarlıq etməyə və sionist rejimə qarşı mübarizəyə hazırdırlar.
O, əlavə edib: "Müsəlman və ərəb xalqları öz hökumətlərindən sionist rejimin cinayətlərini pisləmələrini və bu müharibə maşınının dayandırılması üçün koordinasiyalı əməli tədbirlər gündəmə gətirmələrini gözləyirlər. Çünki dünyanın gözü qarşısında Qəzzənin məzlum xalqına qarşı dəhşətli soyqırım sionistlərin əli ilə törədildi".
Qalibafın sözlərinə görə, sionistlər öz çirkin üzlərini və qanlı əllərini dünyaya nümayiş etdirdilər və göstərdilər ki, insan haqları və beynəlxalq qurumlar dövrümüzdə heç bir mənası olmayan sözlərə çevriliblər.
O, vurğulayıb: Bəyanat yazmaq və yalandan təəssüflənmək dövrü başa çatıb və dünya əməli tədbirləri gözləyir.
İslam Şurası Məclisinin sədri daha sonra deyib: "Sionistlər öz əlləri ilə cəhənnəmin qapılarını açır və bütün müsəlmanların qəzəblərini doldururlar və bu sonsuz zülmlərlə özlərini məhv edəcəklər".