ABŞ insan hüquqlarını cinayətkar İsrail rejiminin maraqlarına qurban edibdir
Amerika və az sayda ölkə Birləşmiş Millətlər Təşkilatını girov götürüblər. Onlar beynəlxalq sülh və təhlükəsizliyi, eləcə də insan hüquqlarını rasist və cinayətkar İsrail rejiminin maraqlarına qurban ediblər.
Bunu, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.
Nasir Kənani-Çafi sionist rejimin Cibaliya düşərgəsinə qarşı vəhşicəsinə hücumuna cavab olaraq, «X» sosial şəbəkəsində bu düşərgə ilə bağlı görüntülər yayıb və belə yazıb: Sionist rejimin hücumlarında Qəzzə zolağının mərkəzində yerləşən Əlbric düşərgəsinin viran edilməsi/ məzlum Fələstin xalqının qırğın edilməsi və ona qarşı törədilən cinayətin dərinliyindən söz açır.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi söyləyib: Daima yalançı «insan hüquqlarını müdafiə» şüarı ilə digər ölkələrin daxili işlərinə qarışan Amerika və bir neçə konkret Avropa hökumətindən başqa,/ dünya xalqları, dövlətləri və ölkələrinin böyük əksəriyyəti sionist rejimin Qəzzə zolağında müdafiəsiz Fələstin xalqına qarşı viranedici və dəlisayağı hücumlarının bitməsini və atəşkəs istəyir.
Kənani-Çafi söyləyib: Aydındır ki, Amerika və az sayda ölkə Birləşmiş Millətlər Təşkilatını və bu təşkilatın təhlükəsizlik şurasını girov götürüb, beynəlxalq sülh və təhlükəsizliyi, eləcə də insan hüquqlarını rasist və cinayətkar İsrail rejiminin maraqlarına qurban ediblər.
O, vurğulayıb: Amerika hökumətinin başçıları və onların hamiləri Qəzzə zolağında bir belə hərbi cinayətin törədilməsində sionist rejim başçıları qədər məsuliyyət daşıyır və bunlara cavabdeh olmalıdırlar. Sionist rejim Qəzzə zolağında təcili atəşkəs üzrə beynəlxalq çağırışın olmasına rəğmən, bu bölgədə yaşayan məzlum və müdafiəsiz fələstinlilərə qarşı dəlisayağı basqınlarını davam etdirir.
BMT Baş Assambleyası ötən həftə Fələstin müqaviməti ilə sionist rejim arasındakı döyüşlərlə bağlı ərəb ölkələrinin təklif etdikləri qətnamə layihəsini qəbul etdi və Qəzzə zolağında düşmənçiliklərin dayandırılması və tam humanitar atəşkəsin elan olunmasını istədi.
Belə bir halda, Qərb dövlətlərinin sionist rejimə dəstək vermələri/ fələstinli uşaq və qadınları rəhmsizcəsinə qırğın etməyi davam etdirməsində Təl-Əvivə verilən icazəyə çevrilibdir.